Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir


18 Noyabr 2026 18:52
454
SİYASƏT
Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər proqramına uyğun olaraq, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.
Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.
Burada nümayəndə heyətinə MMU-da, eləcə də Hərbi Liseydə təhsil sistemi və tədris prosesinin təşkili barədə ətraflı məlumat verilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.
Liseylə tanışlıq zamanı qonaqlar Heydər Əliyev Muzeyində də olublar. Burada onlara Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasında hərbi liseylərin müstəsna rolu olduğu və bu hərbi təhsil ocağının yaradılmasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Görüşdən sonra general-leytenant G.Matiaşvili “Şərəf kitabı”na ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə