Gülayə Mecidə vəzifə verildi

1 dəq oxu
Xəbər
MEDİA
19 Noyabr 2026 | 16:33 | Müəllif: Əli Hüseynov
“Xəzər” Futzal Klubunda media və kommunikasiya fəaliyyətinin inkişafı istiqamətində yeni addım atılıb.
Bakıvaxtı.az xəbər verir ki, klubun qərarı ilə jurnalist Gülayə Mecid “Xəzər” Futzal Klubunun Mətbuat Katibi vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində Gülayə Mecid klubun PR və media fəaliyyətinin koordinasiyası, ictimaiyyət və media ilə əlaqələrin qurulması, komandanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, eləcə də klubun kommunikasiya strategiyasının inkişafı istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, G.Mecid "Unikal Media Qrup"un əməkdaşıdır.
Mənbə
1 mənbə



