“GTA VI” həyəcanı PlayStation şəbəkəsini çökdürdü - Oyunçular hesablara girə bilmir


“PlayStation” oyun platformasında kütləvi texniki nasazlıq qeydə alınıb. Dünyanın müxtəlif ölkələrində istifadəçilər hesablara daxil ola, onlayn mağazanı aça və bulud oyun kitabxanalarından istifadə edə bilmirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “DownDetector” platformasının məlumatlarında bildirilir.
İstifadəçilər “Sony”nin xidmətlərinə girişlə bağlı problemlərdən kütləvi şəkildə şikayət edirlər.
Versiyalardan birinə görə, yeni “GTA VI” oyununun qlobal təqdimatına hazırlaşan oyunçuların platformaya kütləvi axını şəbəkədə yüklənməyə səbəb olub.
Qeyd olunur ki, “Xbox” istifadəçiləri hələlik belə problemlərlə üzləşməyiblər və platformanın bütün xidmətləri normal fəaliyyət göstərir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
1 mənbə
