"Grand Theft Auto VI" bu gün satışa çıxdı: Oyun hələ buraxılmadan 1.18 milyard dollar qazandırıb


Ana SəhifəDÜNYA"Grand Theft Auto VI" bu gün satışa çıxdı: Oyun hələ buraxılmadan 1.18 milyard dollar qazandırıb
DÜNYA19.11.2026 12:15
20
Fins.az - "Bloomberg" və "The Verge" nəşrlərinin məlumatına görə, oyun sənayesinin illərdir gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) oyunu 19 noyabrda "PlayStation 5" və "Xbox Series X|S" konsolları üçün rəsmi olaraq satışa çıxarılıb. "Take-Two Interactive" şirkəti tərəfindən istehsal olunan və təxminən 1–1.5 milyard dollarlıq büdcə ilə tarixin ən bahalı videooyunu sayılan layihə hələ rəsmi satışa başlamazdan əvvəl 12 milyondan çox ön sifariş toplayaraq 1.18 milyard dollar gəlir əldə edib.
Uoll-Strit analitikləri qeyd edirlər ki, oyunun ilk gün satışları və qarşıdan gələn bayram mövsümü "Take-Two Interactive"in rüblük maliyyə göstəricilərində rekord artıma səbəb olacaq. Eyni zamanda, oyunun çıxışı rəqəmsal əyləncə və oyun konsolları bazarında da tələbatı kəskin şəkildə artırıb.
MüəllifKaira
Yüklənir...