17 noyabr 2026
16:39
Kulis.az ingilis yazıçı, şair Ullie Kayenin "Mən və O" şeirini Gülər Natiq İsaqın tərcüməsində təqdim edir.
Mənə ayrı cür baxırlar - amma fərqi yoxdur, mən ağaclara naxış vuran Rəssamı tanıyıram. Mən səmanı ulduz-ulduz səpələyəni tanıyıram, Göyqurşağını ilmə-ilmə toxuyanı, alov içində yanırmışça parıldayan qürubları boyayanı tanıyıram.
Mən bir nəfəsi ilə dağlar qaldıranı, quru torpaqları yarıb okeanlar açanı tanıyıram. Mən zanbaqlara don biçəni, quşların ruzisini Öz əli ilə yetirəni tanıyıram.
Və yenə də elə günlər olur ki, düşüncələrə dalıram: Zamanın hansı anındasa O, necə dəqiq düşünüb ki - Bu dünya bir tək "mən"siz yarımçıq olar...
505 dəfə oxunub
Oxşar xəbərlər
