“Google”un 540-dan çox əməkdaşı məktəblərdə süni intellektin məcburi tətbiqinə qarşı çıxıb


ABŞ-nin texnologiya nəhəngi “Google”un 540-dan çox əməkdaşı və müqavilə əsasında çalışan işçisi şirkətdən məktəblərdə süni intellekt texnologiyalarının tətbiqi siyasətini dəyişməyi tələb edib. Onlar təhsil müəssisələrinin süni intellekt funksiyalarından istifadə etmədən “Google Search” axtarış sisteminə çıxış əldə etməsini istəyirlər.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə noyabrın 19-da “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, “Alphabet Workers Union” həmkarlar ittifaqının təşkil etdiyi müraciət “Alphabet”in baş direktoru Sundar Piçaya, “Google Search” rəhbəri Elizabet Ridə və şirkətin təhsil bölməsinin rəhbəri Kris Fillipsə ünvanlanıb.
Petisiyanı 540-dan çox əməkdaş və podratçı imzalayıb. Onlar ibtidai və orta məktəblərdə süni intellekt alətlərinin istifadəsi ilə bağlı qərarların texnologiya şirkəti tərəfindən deyil, təhsil müəssisələri tərəfindən verilməli olduğunu bildirirlər.
Məsələ “Google”un noyabrın 3-də açıqladığı yeni qaydalardan sonra gündəmə gəlib. Şirkət məktəb hesablarında “Gemini” süni intellekt alətini və “Google Search” xidmətini standart olaraq deaktiv etməyi qərara alıb.
Lakin məktəb rəhbərliyi axtarış xidmətini aktivləşdirdikdə onun tərkibindəki süni intellekt funksiyalarını ayrıca söndürmək mümkün olmayacaq.
Beləliklə, süni intellektdən istifadəni qadağan edən məktəblər “Google Search” xidmətindən də məhrum ola bilərlər.
Əməkdaşlar hesab edirlər ki, bu yanaşma məktəbləri alternativ axtarış sistemlərinə keçməyə təşviq edə və nəticədə “Google”un təhsil bazarındakı mövqeyinə zərər vura bilər.
Etirazlara ABŞ siyasətçiləri də qoşulublar. Demokrat senator Ed Marki noyabrın 9-da şirkət rəhbərliyinə məktub göndərərək təhsil müəssisələrinə süni intellekt funksiyalarını ayrıca deaktiv etmək imkanı verilməsini tələb edib.
Nyu-York Şəhər Şurasının nümayəndələri də oxşar narahatlıqlarını ifadə ediblər. Onlar məktəblərin texnologiyadan istifadə ilə bağlı müstəqil qərar qəbul etmək hüququnun qorunmasını istəyirlər.
Məsələ “Google”un ABŞ təhsil sistemində geniş yayılması baxımından da əhəmiyyətlidir. “Futuresource Consulting” şirkətinin məlumatına görə, ötən il ABŞ məktəbləri üçün alınan noutbuk və planşetlərin 58%-
1 mənbə
