Gömrük Komitəsi yeni server və şəbəkə avadanlıqlarına 4,4 milyon manat ayırmağı planlaşdırır


Dövlət Gömrük Komitəsinin kompüter avadanlıqları və aksesuarlarının satın alınması üzrə dövlət satınalması həyata keçirmişdir.
Banker.az xəbər verir ki, tender serverlərin, məlumat saxlama sistemlərinin və şəbəkə avadanlıqlarının alınmasını nəzərdə tutur. Satınalmanın ehtimal olunan qiyməti 4 milyon 397 min 72 manat olub.
Satınalmanın qalibi “Caspel” MMC olmuşdur.
Xatırladaq ki, Banker.az-ın verdiyi əvvəl məlumatlara əsasən, şirkət bu il ərzində Dövlət Vergi Xidmətinin 2 fərqli tenderinin də qalibi olmuşdur. Tenderlərin təqribi qiyməti 4 milyon manat olmuşdur.
Tender sentyabrın 8-də elan edilib, oktyabrın 5-də isə elana dəyişiklik edilib. Təkliflərin qəbulu oktyabrın 13-də saat 18:00-da başa çatıb.