Gizlənmək istəyən məktəbli evin döşəməsində İLİŞİB QALDI – VİDEO
InterpressXuraman Etibarli


Rusiyada xilasedicilər evin döşəməsində ilişib qalan qızı xilas ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Moskva vilayətində məktəbli qız gizlənmək istəyərkən evin eyvanı ilə əsas binası arasındakı boşluğa girib. Bir müddət sonra orada hərəkət edə bilməyən qız kömək çağırmağa başlayıb.
Valideynləri təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar.
Xilasedicilər hadisə yerinə gələrək qızı ilişib qaldığı yerdən çıxarıblar.
Xuraman Etibarlı
İnterpress.az
