Gəncədə yol qəzasında üç nəfər xəsarət aldı


GƏNCƏ, 22 noyabr. TELEQRAF
Gəncədə yol qəzası baş verib, ikisi yeniyetmə olmaqla üç nəfər xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M.Əlili və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
