Gəncədə TESHERA şirkəti sərgi təşkil edəcək


18 Noyabr 2026 11:31
470
CƏMİYYƏT
Gəncədə ilk dəfə olaraq “REGİONAL EXPO GƏNCƏ 2026” – Sahibkarların Təqdimat Sərgisi keçiriləcək. Təhsil, strateji layihələr və konsaltinq xidmətləri sahəsində fəaliyyət göstərən TECHERA şirkəti sərginin təşkilatçısı qismində çıxış edəcək.
Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov və direktoru Ramil İsmayılovla görüşmüşdür. Görüşdə şirkətin fəaliyyəti və qarşıdan gələn sərginin təşkili ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, TECHERA müxtəlif istiqamətlər üzrə təlimlər təşkil edir, regionlarda peşəyönümlü layihələr həyata keçirir və biznes subyektlərinə strateji dəstək xidmətləri göstərir. O da qeyd olunmuşdur ki, sərgidə 100-dən çox müəssisənin iştirakı, məhsul və xidmətlərin təqdimatı, həmçinin sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.
Niyazi Bayramov sərginin Gəncənin iqtisadi və biznes potensialının tanıdılması, sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək şirkət nümayəndələrinə fəaliyyətlərində uğurlar arzulamışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
