Gəncədə "Qarabağ"la oyuna böyük maraq


Şriftin ölçüsü:
17.11.2026 13:00
Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçına azarkeş marağı böyükdür.
Futbolxeber.az saytının Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oyuna biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.
Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizi deməkdir.
Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə olub. Həmin matçı stadiondan 15000 tamaşaçı izləyib.
Əlavə edək ki, noybrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq.
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
Gəncədə "Qarabağ"la oyuna böyük maraq