“Gəncə” Yunanıstan komandasına uduzdu


1 dəqiqədən az
“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi “Kolossos”la qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, C qrupunun 7-ci turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub – 78:79.
Matç Falirakidəki “Kalliteya” zalında keçirilib.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycan təmsilçisi 8 xalla sonuncu – altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın “Rilski Sportist” klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.
Dərc vaxtına görə
