“Gəncə” amerikalı basketbolçunu transfer edib


"Gəncə" basketbol komandası Donovan Donaldson ilə güclənib.
Klubdan Operativ Media-ya verilən məlumata görə, ABŞ-dən olan oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Donaldson oyun qurucusu mövqeyində çıxış edən və karyerası ərzində Avropanın bir çox liqalarında oynamış təcrübəli basketbolçudur. 30 yaşlı oyunçu Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransada çıxış edib. Son klubu ilə Kiprin "Keravnos" klubu olub.
