Gənc aktrisa vəfat etdi

1 dəq oxu
Xəbər
17 noyabr 2026
17:14
ƏSA Teatrının gənc aktrisası Leyla Musayeva vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Leyla Musayeva “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.
“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq” deyə, paylaşımda qeyd olunub.
384 dəfə oxunub
Oxşar xəbərlər
Bu xəbəri 5 mənbə yazıb
Dərc vaxtına görə



