Gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir - VİDEO


CƏMİYYƏT
217
16.11.2026, 21:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
2027-cı il üzrə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
Oxu24.com -un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, 2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payının 23 faizdən çox olduğunu bildirib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları da 13 faizdən çox artıb.
Mərkəzi Bankın sədri Taleh Kazımov manatın məzənnəsi və inflyasiya ilə bağlı gözləntiləri açıqlayıb. Bildirib ki, 2027-ci ildə büdcə xərclərinin inflyasiyaya təsiri 0,34 faiz bəndi olacaq. Əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsi Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində dönüş nöqtəsi olmaqla yanaşı, hərbi, sosial və investisiya xərclərinin optimal uzlaşdırılmasını nəzərdə tutur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Həmçinin oxuyun
Digər xəbərlər
