Gələn il biz diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik | İlham Əliyev


21 noyabr 2026 12 baxış
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələn il biz Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik. Lakin xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.
“Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi böyük məmnunluq doğurur”, – deyə dövlət başçısı qeyd edib.
Kopyalandı
Dərc vaxtına görə