Gələn il 2 informasiya sisteminin fəaliyyəti qiymətləndiriləcək


Dövlət idarəetməsində informasiya texnologiyalarının rolunun artmasını nəzərə alaraq, Hesablama Palatası diqqəti bu sahədə audit potensialının gücləndirilməsi və institusional təcrübənin inkişaf etdirilməsinə yönədib.
Bu barədə Plat.az-a Palatadan bildirilib.
Məlumata əsasən, 2027-ci ildə auditlərdə İS auditinin elementlərinin tətbiqi təcrübəsinin artırılması, minimum 2 sayda dövlət informasiya sisteminin müvafiq meyarlar əsasında qiymətləndirilməsi, İS auditi üzrə kadr potensialının gücləndirilməsi, sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, metodoloji bazanın qurulması, təlim proqramlarında iştirakın təmin olunması nəzərdə tutulur. Bu aralıq nəticə üzrə xərclər cəmi xərclərin 4%-ni təşkil edəcəkdir.