Füzuli Məmmədov "Şəfa" üzərində qələbəni belə şərh etdi


Milli komandaların oyunlarına görə fasilədən istifadə edən "Şahdağ Qusar" "Şəfa" ilə qarşılaşıb. Görüş Birinci Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qusarlıların baş məşqçisi Füzuli Məmmədov ilə əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bildiyiniz kimi, çempionatda iki həftəlik milli komandaların oyunları ilə əlaqədar fasilə yarandı. Biz də bu fasilədən maksimum yararlanmaq istədik. Bu müddətdə “Şəfa” komandasına qarşı yoldaşlıq görüşü keçirməyi planlaşdırdıq. Şəxsən onlara təşəkkür edirəm ki, bizimlə oynamağa razılıq verdilər.
Matça gəldikdə isə bizim üçün çox effektiv qarşılaşma oldu. Çünki belə güclü və intizamlı komandaya qarşı oynamaq, öz komandamızın çatışmazlıqlarını görmək mənim üçün önəmli idi. Bizim üçün əsas məsələ futbolçuların meydandakı davranışı və oyuna hazırlığı idi. Bu baxımdan, qarşılaşma bizim üçün çox faydalı oldu.
Bilirsiniz ki, qarşıda bizi “Gəncəbasar”la çətin bir oyun gözləyir. Bu görüşdən əvvəl belə güclü komanda ilə qarşılaşmaq bizim üçün çox faydalı oldu. “Gəncəbasar” çox güclü komandadır və çempionatın liderlərindən biridir. Biz də öz növbəmizdə bu oyuna çox ciddi hazırlaşırıq və meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Əlisahib İbrahimli
