Fuad Əliyevin rəhbəri olduğu"Morningstar Global" MMC etibarsız sayılıb - SƏBƏB


Paytaxtın Nəsimi rayonunda hüquqi qeydiyyatda olan "Morningstar Global" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü itdiyi üçün etibarsız elan edilib.
32gun.az-ın dövlət reyestri və rəsmi elanlardan əldə etdiyi məlumata görə, cəmiyyətə məxsus möhür itirildiyindən həmin möhürlə təsdiqlənəcək sənədlər hüquqi qüvvəyə malik olmayacaq. Diqqətçəkən məqam ondan ibarətdir ki, vergi reyestri məlumatlarına əsasən, sözügedən şirkət hazırda passiv vergi ödəyicisi statusundadır.
Dövlət qeydiyyatı göstəricilərinə görə, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 76, mənzil 5 ünvanında qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Fuad Adil oğlu Əliyevdir.
Nilay
1 mənbə
