Fransada yüzlərlə polis etiraz aksiyasına çıxdı


Fransada yüzlərlə polis əməkdaşı etiraz aksiyası keçirərək mitinqlər zamanı ictimai asayişin qorunması ilə bağlı risklərə görə verilən əlavə ödənişin artırılmasını tələb edib.
Bu barədə noyabrın 18-də BFM telekanalı “Alliance Police Nationale” həmkarlar ittifaqına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, 400-500 hüquq-mühafizə orqanı əməkdaşı Parisdə Yelisey meydanındakı Ron-Puan meydanından Daxili İşlər Nazirliyinin Bovo meydanında yerləşən binasına doğru yürüş edib.
Aksiya iştirakçıları mavi bayraqlar və üzərində “Respublika bizik” yazısı olan plakat qaldırıblar.
Mövsüm,
AzNews.az
Dərc vaxtına görə