FIFA prezidentliyinə 4 iddiaçı var


İDMAN
Bugün, 15:01
2016-cı ildən bəri bu vəzifəni tutan Canni İnfantino da daxil olmaqla dörd namizəd 2027-ci il seçkilərində FIFA prezidentliyinə iddialıdır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq namizədlik üçün müraciətlərin son tarixi ötən gecə başa çatıb.
Yeni prezident seçkiləri 18 mart 2027-ci ildə Mərakeşdə keçiriləcək.
Məlumat üçün qeyd edək ki, 56 yaşlı isveçrəli Canni İnfantino yenə bu posta ən iddialı şəxs sayılır: "Onunla yanaşı, Kohzo 69 yaşlı yaponiyalı keçmiş futbolçu və federasiya prezidenti Kohzo Taşima, 2023-cü ildən bəri Fransa Futbol Federasiyasının (FFF) prezidenti olan 63 yaşlı Filip Diallo, həmçinin İsveçrə milli komandasının sabiq futbolçusu 55 yaşlı Ramon Vega FİFA prezidenti olmaq uğrunda yarışacaq"
FƏRİD
MİA.AZ
1 mənbə
