Fərid Qayıdov məşhur telekanal rəsmilərini qəbul etdi


Noyabrın 18-də gənclər və idman naziri Fərid Qayıbov “Eurosport” telekanalının nümayəndə heyəti ilə görüş keçirib.
Futbolpress.az xəbər verir ki, qəbulda “Eurosport”un beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard iştirak ediblər. Görüş zamanı idman yarışlarının beynəlxalq miqyasda təbliği, media əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı tərəfdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də yer alıblar.
