Azərbaycanda ümumtəhsil fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi davam edir


3 mənbə əsasında
Azərbaycan Respublikasının Təhsil İnstitutunun nümayəndəsi Mənsur Məhərrəmovun verdiyi məlumata görə, ölkədə fənn kurikulumlarının yenilənməsi işləri Nazirlər Kabinetinin qərarı ilə 2021-ci ildən həyata keçirilir. Hazırda on fənn üzrə kurikulum təkmilləşdirilərək tətbiq olunub, təbiət fənninin proqramı isə sıfırdan yenidən hazirlanıb. Proses çərçivəsində sənədlərin strukturu sadələşdirilib, məzmun yükü azaldılıb və əlavə həcm yaradan inteqrasiya cədvəlləri ləğv edilib. Digər on fənn kurikulumunun yenilənməsi istiqamətində işlər isə hələ də davam etdirilir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Fənn kurikulumlarında məzmun yükü azaldılır
“Hazırda artıq 10 fənn kurikulumu təkmilləşdirilib və tətbiqinə başlanılıb”. Bakıvaxtı.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Təhsil İnstitutunun keçirdiyi “Fənn kuriklumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” adlı müzakirəsində STEM, texniki və təbiət fənlərinin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib. “Təkmilləşdirilmiş informatika fənn kurikulumu haqqında sizə həm məlumat vermək, yenilikləri çatdırmaq, həm də bu kurikulumla bağlı rəy və təkliflərinizi dinləmək istəyirik. Fənn kurikulumlarının təkmilləşdirilməsinə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2021-ci ildən başlanılıb. Hazırda 10 fənn kurikulumu təkmilləşdirilərək tətbiqə verilib və onlardan biri də informatikadır. Təbiət fənn kurikulumu isə təkmilləşdirilmə deyil, sıfırdan yenidən yazılıb. Digər 10 fənn kurikulumunun təkmilləşdirilməsi prosesi hazırda davam edir. Kurikulum sənədinin strukturunda və ümumi yanaşmada nəzərdə tutulan yeniliklər barədə qısa məlumat verim. Sənədin quruluşu sadələşdirilib, başlıq və altbaşlıqlar daha aydın verilib. Məlumatlar uzun-uzun cümlələrlə yüklənmədən, konkret və anlaşılan formada təqdim olunacaq; bu yanaşma bütün fənn kurikulumlarına, o cümlədən informatikaya aiddir. Bəzi hissələrdə ixtisarlar edilib və bu, təkcə informatika fənn kurikulumuna deyil, hamısına aiddir. Məsələn, əvvəlki inteqrasiya cədvəli ləğv olunub, çünki o, sənədin həcmini artırmaqdan başqa işə yaramırdı. İnteqrasiya müəllimin ümumi savadından və o anki çevikliyindən asılı məsələ kimi qiymətləndirilir. İnteqrasiya məqamında təmin olunmalıdır və müəllim bunu çevik şəkildə həyata keçirməlidir, əvvəlcədən hazırlaşa bilməsi isə daha yaxşı olar. 2013-cü il kurikulumlarından fərqli olaraq, bu dəfə qiymətləndirməyə dair bölmə əlavə edilib. Bütün fənn kurikulumlarının təkmilləşdirilməsində əsas prinsip sənədin müəllimlər üçün faydalı və istifadəçiyönümlü olmasıdır. Məqsəd onu sadəcə rəsmi sənəd kimi dey
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Fənn kurikulumlarında məzmun yükü azaldılır
