“Fənərbağça”dan “1+1″lik təklif
Futbolpress.azŞahin Cəfərov


“Fənərbağça” futbolçusu İrfan Can Kahveci ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. Klub yarımmüdafiəçiyə 1+1 illik müqavilə təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
İrfan bu mövsüm Super Liqada 10 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
31 yaşlı futbolçu Türkiyə yığmasının da üzvüdür.
