Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı təşkil edilib


9 mənbə əsasında
Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Prosesdə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirən iddiaçılar iştirak ediblər. Kompüter vasitəsilə elektron formada təşkil olunan imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə və yazı bloklarını əhatə edib. İmtahanın danışıq bloku noyabrın 26-na nəzərdə tutulub və yekun nəticələr bu mərhələdən iki həftə sonra açıqlanacaq.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Fəlsəfə doktoru imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Bakıvaxtı.az xəbər verir ki, imtahanda doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş iddiaçılar iştirak ediblər. İmtahan elektron formada, kompüter vasitəsilə təşkil olunub. İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal inzibatçısı, 2 ümumi imtahan rəhbəri, 17 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb. Bildirilib ki, imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarını əhatə edib. İmtahanın danışıq bloku noyabrın 26-da keçiriləcək. Noyabrın 22-də təşkil olunan imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Eyni zamanda, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslərə ilk dörd blokdan 30 və daha yüksək bal toplasalar belə, şəhadətnamə verilməyəcək. Qeyd olunub ki, imtahanda maksimal nəticə 50 baldır. Xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplayan və hər blok üzrə mümkün balın minimum 20 faizini əldə edən iddiaçılar tələb olunan nəticəni göstərmiş hesab ediləcəklər. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında isə keçid balı 25-dir. Yekun nəticələr danışıq bloku üzrə imtahan keçirildikdən iki həftə sonra elan olunacaq.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə