Görkəmli elm və dövlət xadimi Əziz Əliyevin yubileyi Quba şəhərində qeyd olunub


3 mənbə əsasında
Qubada görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib. Tədbir ölkə başçısının müvafiq sərəncamına əsasən Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. İştirakçılar əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransda yerli rəsmilər, alimlər və tibb mütəxəssisləri iştirak edərək çıxışlar ediblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO
Quba, 21 noyabr, AZƏRTAC Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin müəyyən etdiyi inkişaf istiqamətləri bu gün də aktuallığını qoruyur. Müasir tibbi texnologiyaların tətbiqi, həkimlərin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi, tibb elminin nailiyyətlərinin praktik səhiyyəyə inteqrasiyası onun zəngin irsinin davam etdirilməsinin əsas istiqamətlərindəndir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba şəhərində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfransda bildirilib.Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” 2026-cı il 20 avqust tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbir Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.Konfransda səhiyyə və elm ictimaiyyətinin nümayəndələri, alimlər, tibb mütəxəssisləri, institutun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov çıxış edərək Əziz Əliyevin zəngin dövlətçilik və elmi irsi, Azərbaycan səhiyyəsinin, tibb elminin və milli tibb təhsilinin formalaşması və inkişafındakı müstəsna xidmətləri haqqında danışıblar. Bildirilib ki, onun həkim kadrlarının hazırlanması, tibb müəssisələrinin inkişafı, elmi-pedaqoji fəaliyyətin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər ölkəmizin səhiyyə tarixində mühüm yer tutur.Konfransda bildirilib ki, Əziz Əliyevin 130 illik yubileyinin ölkənin müxtəlif bölgələrində elmi-praktik tədbirlərlə qeyd olunması o
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə