Estoniya Rusiyaya qapılarını bağlayır: Bütün sərhəd-keçid məntəqələri BAĞLANACAQ


Estoniya hökuməti Rusiya ilə quru sərhədindəki beş sərhəd-keçid məntəqəsinin hamısını bağlamaq qərarına gəlib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə ERR Estoniyanın Baş naziri Kristen Mixalın açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, dekabrın 1-i saat 07:00-dan etibarən beş sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayandırılacaq. Bunlardan ikisi Narva şəhərində, digər üçü isə ölkənin cənub-şərqində yerləşən Koidula, Luhamaa və Saatse keçid məntəqələridir.
Baş nazir Kristen Mixal bildirib ki, hökumət təhlükəsizlik vəziyyətini nəzərə alaraq məhdudiyyətlərin davam etdirilməsinin zəruriliyini altı aydan sonra yenidən qiymətləndirəcək.
1 mənbə