Ermənistanda əsgər soyqırımı – Daha biri güllələndi!


Ermənistan ordusunda daha bir hərbçi ölüb.
Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 18-də müqaviləli hərbi qulluqçu N.B.-nin meyitinin güllə yarası ilə aşkarlandığını açıqlayıb.
Ermənistanın Factor TV nəşrinin məlumatına görə, hadisə Sotk hərbi hissəsində baş verib. İlkin məlumatlarda hərbçinin öz başına atəş açdığı bildirilir. Lakin ölümün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.
Müdafiə Nazirliyi hadisənin bütün hallarının araşdırıldığını bildirib.
Oktyabrın 31-də də Ermənistan ordusunun T.S. adlı hərbçisinin meyiti güllə yarası ilə aşkar edilmişdi. Oktyabrın 10-da isə A.Q. adlı hərbi qulluqçunun oxşar şəraitdə öldüyü açıqlanmışdı.
Musavat.com
