Ermənistan gələn il müdafiə xərclərini 147 milyon dollardan çox artıracaq


Ermənistan 2027-ci il üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıraraq hərbi büdcəsini 1,71 milyard dollara çatdırmağı planlaşdırır.
Plat.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib. Nazirin sözlərinə görə, gələn il Müdafiə Nazirliyinə 616 milyard dram (1,71 milyard dollar) ayrılacaq ki, bu da 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur.
Ayrılan yeni maliyyə vəsaitinin əsasən müdafiə imkanlarının genişləndirilməsinə, hərbi infrastrukturun inkişafına və Silahlı Qüvvələrin təminatının yaxşılaşdırılmasına yönəldiləcəyi bildirilib. Qeyd edək ki, 2026-cı ildə Ermənistanın müdafiə xərcləri təxminən 16 faiz azaldılaraq 1,46 milyard dollar (563 milyard dram) təşkil etmişdi.
Dərc vaxtına görə
