Erməni jurnalist: “Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanın tələbidir”


“Hər iki mümkün nəticə ölkəni Azərbaycanın yeni tələbləri qarşısında çətin vəziyyətə sala bilər”.
Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında yazıb.
Erməni jurnalist bildirib ki, Ermənistan hakimiyyətinin 2018-ci ildə baş vermiş hadisələri “məxməri, qeyri-zorakı inqilab” adlandırmasına baxmayaraq, həmin vaxt ölkənin Konstitusiyasında dəyişiklik edilməyib.
“Özlərinin dediyinə görə, 2018-ci ildə Ermənistanda məxməri, qeyri-zorakı inqilab baş verib. İnqilab siyasi quruluşu dəyişir. Bəs niyə 2018-ci ildə Ermənistanda Konstitusiyanı dəyişmədiniz? Nə qədər çalışsanız da, bunu ört-basdır edib gizlətməyə cəhd etsəniz də, Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanın tələbidir”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə