Ərdoğan: İslam dünyası İsrailə daha ciddi təzyiq göstərməlidir
İnfoaz.mediainfoaz


18.11.2026 - 21:06
18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasını Qəzzadakı vəziyyətlə bağlı daha fəal mövqe tutmağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan müsəlman ölkələrinin başqalarından asılı olmaq əvəzinə, özlərinin konkret addımlar atmalı olduğunu bildirib.
O qeyd edib ki, İslam dünyası İsrailə daha ciddi təzyiq göstərməli və qış şəraiti daha da ağırlaşmadan Qəzzaya humanitar yardımın çatdırılması üçün səylərini artırmalıdır.
Ərdoğan, həmçinin İslam dünyasının mövcud vəziyyətlə bağlı ciddi şəkildə özünü tənqid etməsinin vacibliyini vurğulayıb.
Jalə
