Ər-Riyada raket hücumu dəf edilib


BAKI, 19 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəbistan koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəməndəki husi qruplaşmasının Ər-Riyada raket hücumunun qarşısını alıb.
Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, husilərin paytaxta istiqamətləndirdiyi raket hücumu dəf edilib.
İlkin məlumatlara əsasən, raket qalıqları yerə düşüb. Hazırda mümkün ziyanın miqyası qiymətləndirilir.
Qeyd edək ki, bundan əvvəl Ər-Riyadda güclü partlayış səsinin eşidildiyi bildirilmişdi.
