Endrik daimi transfərə açıqdır: "Real Madrid"dən getmək istəyir


Gənc ulduz hücumçu Endrik karyerasında daimi olaraq başqa kluba keçid etmək variantını nəzərdən keçirməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, lakin bu keçidin baş tutması üçün əsas şərt "Real Madrid" klubunun onun gələcəyinə tam nəzarəti qoruyub saxlamasıdır.
Kral klubu gənc istedadın gələcək potensialını nəzərə alaraq, transfer danışıqlarında onun hüquqlarının müəyyən bir faizini saxlamağı və ya uzunmüddətli gerialma maddəsini müqaviləyə daxil etməyi hədəfləyir.
