Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram"


Şriftin ölçüsü:
19.11.2026 20:53
Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan veteran futbolçu Emin Salmanov “Xankəndi” – “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb.
Futbolxeber.az saytının məlumatına görə, o, PFL-in mətbuat xidmətinə açıqlamasında 38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmağı çox qürurverici olduğunu söyləyib:
“Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik. Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda – heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var”.
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram"
