Araz supermarketlər şəbəkəsi Dövlət-Biznes Əməkdaşlığı Forumunda mükafatlandırılıb


12 mənbə əsasında
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki mükafata layiq görülüb. Şirkət gənclərin və qadınların məşğulluğunun təminatına verdiyi töhfələrə görə müvafiq nominasiyalar üzrə təltif olunub. Ölkədə ilk dəfə keçirilən tədbirdə dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə həyata keçirilən sosial islahatlar barədə məlumat verib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki nominasiya üzrə mükafata layiq görülüb. Şirkət “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” nominasiyaları üzrə təltif edilib. Ölkəmizdə ilk dəfə təşkil olunan forumun əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında məşğulluq sahəsində əməkdaşlığı gücləndirmək, əmək bazarının aktual məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıq imkanları yaratmaq və biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını artırmaq olub.Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə həyata keçirilən sosial islahatlar, məşğulluq siyasətinin inkişafı və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. “Araz” supermarketlər şəbəkəsinin iki nominasiya üzrə təltif edilməsi şirkətin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi istiqamətində fəaliyyətinin qiymətləndirilməsinin göstəricisidir. Şirkət sosial məsuliyyət prinsiplərinə əsaslanaraq müxtəlif sosial qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarına inteqrasiyasına və qadınların məşğulluğunun təşviqinə xüsusi önəm verir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək inklüziv iş mühitinin formalaşdırılmasına və bərabər məşğulluq imkanlarının dəstəklənməsinə töhfə verməyi hədəfləyir.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
