"Embawood"un anbarından meyit tapıldı


Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb.
Məlumata görə, 50 yaşlı kişinin iş zamanı qəfil halı pisləşib və o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/hadise/embaw…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
