Elvin Mirzəzadə: “Könül Xasıyeva xəstə olanda kim ona kömək etdi?”


206 19.11.2026 02:16 Şou-biznes A A
Xalq artisti Könül Xasıyevanın içkili məkanda konsert proqramı ilə çıxış etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Sözügedən görüntülərin yayılmasından sonra izləyicilər iki cəbhəyə bölünüblər. Xanəndənin bu addımını tənqid edənlərlə yanaşı, ona haqq qazandıraraq dəstək olanlar da az olmayıb.
Məsələyə münasibət bildirən müğənni Elvin Mirzəzadə isə sənətçini qınayanları tənqid edib. O, cəmiyyətdə insanların başqalarının yaşadıqlarını bilmədən mühakimə etməyə meyilli olduğunu vurğulayıb.
Elvin Mirzəzadə xüsusilə Könül Xasıyevanın xəstəlikdən əziyyət çəkdiyi dövrdə ona maddi yardım göstərməyən şəxslərin bu gün sənətçinin səhnəyə çıxmasını qınamasını sual altına alıb.
“Rəylərdə ‘Allah şəfa versin sənətkarımıza’ yazmaq axı sizə mənəvi üstünlük vermir onu qınamağa. Bəs o sənətçi xəstəlikdən əziyyət çəkəndə hansı maddi kömək etdi?” – deyə o bildirib.
Mirzəzadə qeyd edib ki, hər kəs həyat uğrunda özünəməxsus şəkildə mübarizə aparır və bu mübarizədə insanlara mane olmaq yox, dəstək göstərmək lazımdır.
“Əgər bu savaşda birinə dəstək olmağı bacarmırsınızsa, ayağından da dartmayın. Əgər birinin həyat tərzi, fəaliyyəti sizin özəl həyatınıza mənfi və ya müsbət təsir etmirsə, bir zəhmət dilinizi qoyun dinməz yerinizə. Heç kim kimisə mühakimə edəcək qədər mükəmməl və günahsız deyil.
İmkan verin insanlar yaşasın! Müvəqqəti dünyada yaşayırıq. İmkan verin”, – deyə Elvin Mirzəzadə fikirlərini yekunlaşdırıb.
Könül
Musavat.com
