Elşad İsgəndərov: İraq türkmanlarının səsi beynəlxalq səviyyədə eşidilməlidir
.jpg)
.jpg)
BAKI, 19 noyabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının (TDT) platformasında ondan çox türk dövlətinin qeyri-hökumət təşkilatlarını birləşdirən əməkdaşlıq imkanları mövcuddur.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Diplomat vurğulayıb ki, bu platforma müxtəlif sahələrdə birgə fəaliyyətlərin həyata keçirilməsi, məlumat mübadiləsi və ortaq mövqelərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir:
“Azərbaycan İraq türkmanlarının milli-tarixi kimliyinin qorunmasına, xüsusilə də ana dilinin yaşadılmasına dəstək göstərir”.
O deyib ki, dilin ailələrdə, məktəblərdə, jurnallarda və ədəbiyyatda yaşadılması bu istiqamətdə əsas vəzifələrdəndir:
“İraq türkmanlarından olan jurnalistlərin Azərbaycanda media sahəsində təcrübə və bilik mübadiləsi aparması da faydalı olar. Mövcud təşəbbüslər daha sistemli şəkildə həyata keçirilməli, ilk növbədə xalqın milli kimliyinin qorunmasına diqqət yetirilməlidir”.
E. İsgenderov əlavə edib ki, İraq türkmanlarının öz kimlikləri və dilləri ilə bağlı fikirlərinin beynəlxalq səviyyədə eşidilməsi də mühüm əhəmiyyət daşıyır.
1 mənbə
Report+20 mənbə