Əli İsa Cabbarov Elşən Rüstəmovu yüksək qiymətləndirdi


Akademik Milli Dram Teatrında yazıçı Cavid Zeynallının ssenarisi və rejissor Mirzə Nicatın quruluşunda səhnələşdirilən Lev Tolstoyun “İvan İliçin ölümü” tamaşası izləyicilərin marağına səbəb olub.
Gununsesi.info xəbər verir ki, rejissor və ssenarist Əli İsa Cabbarov da tamaşa ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O, xüsusilə Əməkdar artist Elşən Rüstəmovu yüksək qiymətləndirib:
“Bu gün Azdramada, kiçik səhnədə “İvan İliçin ölümü”n də Elşən Rüstəmovun göstərdiyi başqalaşma ustalığını mən illərdir görməmişəm. Bir an hətta öz-özümə sual verdim Elşəndi ya başqası? Personajın səsinin tapılmasına çox həssasam, məncə plastika qədər vacibdi teatrda bəlkə plastikadan da vacibdi. Elşən öz səsi ilə danışmırdı tamaşa boyu hakim İvan İliçin səsin eşitdik, aqoniyada olan insanıny səsi, iniltisi, bağırtısı necə ustalıqla tapılmışdı. Uğurlu musiqi və işıq həlli də tamaşanın güclü həlqələrindən idi. Rüstəmovun bugünkü başqalaşması həm də onun peşə əxlaqından doğur, təvazökar, bərqdən uzaq, onilliklərin sənətə ibadətinin nəticəsidir bu günün qələbəsi”.
Qeyd edək ki, tamaşanın aktyor və aktrisa heyəti – Əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələd qızı və Ramin Şıxəliyev, Elsevər Ağayevdir.
Quruluşçu rəssam Anar Əliyev, İşıq üzü rəssam Rafael Vaqifoğlu, Musiqi tərtibatı Kamil İsmayılovdur.
İlhamə Məmmədova
Gununsesi.info