Elgizdən həmkarına SƏRT İSMARIŞ: “Ərinə xəyanət edənlər, evdən qaçanlar yenə verilişindədir”


Maqazin
20 Noyabr 2026, 11:32
1010 baxış
“Öz verilişinizə baxın. Yenə pəncərədən qaçanlar, kol-kosda gəzənlər verilişdədir”.
Yeniçag.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər sosial şəbəkə hesabındakı videopaylaşımında deyib.
Elgiz verilişinə irad bildirən həmkarı Lalə Azərtaşa səslənərək onu sərt tənqid edib:
“Öz verilişinizə baxın. Yenə pəncərədən qaçanlar, kol-kosda gəzənlər verilişdədir. Orada guya nə danışırsınız? Televiziyanın loqosunu əlində tutub keçmiş həmkarın haqqında post paylaşıb, camaatı qızışdırıb üstümə qaldırırsan? Mənim ağzımda dilim yoxdur? Danışaram, özü də bilirsən necə danışaram, ağzımı heç kim yuma bilməz. Xeyir ola, o verilişdə bir adamın gəlib çıxış etməsi 16 min olur, bunu hamı bilir. Hələ baş sponsorların qiymətlərini demirəm. Niyə, nə var ki, o verilişdə? O biri verilişlər pis oldu, amma bu yaxşı? Yenə də qapıdan qovulan, evindən qaçan, ərinə xəyanət edənlər… Guya orada başqa mövzular gündəmə gətirilir? İstəyirdik guya bu mövzular olmasın. Olmasın, yaxşı. Görürsünüz, danışmadım, oturdum yerimdə. Şükür bu günümə.
İndi nə istəyirsiniz məndən? Buranı da mənə çox görürsünüz, ay həmkarım? Ayıb deyil sənin üçün? Mənim nə günahım var, siz öz verilişinizə baxın”.
Nehru