Eldar Əziziov İcra Hakimiyyətində dəyişiklik etdi


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.
NOCOMMENT.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, BŞİH-nin Mətbuat xidməti ləğv edilərək, əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb.
Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin edilib.
Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
