Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunub


12 mənbə əsasında
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tutduğu vəzifədən azad edilib. O, işdən çıxarıldığı xəbərini Qazaxıstanın paytaxtı Astanada səfərdə olarkən alıb. Elçin Babayev noyabrın 18-də III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün bu ölkəyə səfər edibmiş. Noyabrın 19-da forumun əsas plenar iclası zamanı məlumatı öyrənən sabiq rektor tədbiri tərk edərək Azərbaycana qayıdıb. O, 2024-cü ildə Prezidentin sərəncamı ilə ikinci müddətə bu vəzifəyə təyin olunmuşdu.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Elçin Babayev işdən çıxarılma xəbərini oteldə alıbmış — TƏFƏRRÜAT
Bakı Dövlət Universtetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb. Oxu24.com xəbər verir ki,Manset.az-ın əldə etdiyi məlumata görə, Elçin Babayev noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün ora yola düşübmüş. Noyabrın 19-da rektor E.Babayev "Hilton Astana" hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edəcəkmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb. Dərhal iclası tərk edərək təcili Azərbaycana qayıdıb. Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub. Qeyd edək ki, Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə yenidən 2-ci müddətə BDU-nun rektoru təyin edilmişdi.
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə