ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı


CƏMİYYƏT
181
18.11.2026, 11:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb.
Dövlət Statistika Komitəsindən Oxu24.com-a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.
Yaşa görə orta aylıq pensiya 633,5 manat, ailə başçısını itirməyə görə 600,5 manat, əlilliyə görə isə 480,4 manat təşkil edib.
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə
