Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları


Adı: Sovet dövründə – Dərə Kənd əsası qoyulduğu vaxtdan Dərə adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Daranak qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
Kənd 1921-ci ildə yaxınlıqda yerləşən Pəmbək kəndindən oraya köçmüş azərbaycanlılar tərəfindən salınıb.
Sovet dövründə kənd Basarkeçər rayonunun tərkibində olub, rayon sonradan Vardenis adlandırılıb.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 320 nəfər yaşayıb.
1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 364 nəfər yaşayıb.
1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 411 nəfər yaşayıb4.
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 92 nəfər yaşayıb3.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisində ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının qismən salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
Dərc vaxtına görə
