“ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək


Kateqoriya məlum deyil18.11.2026 11:58
Azərbaycanda “ƏDV geri al” mexanizminin əhatə dairəsinin genişləndirilməsi təklif olunur.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Təklifə əsasən, “ƏDV geri al” mexanizmi yalnız simfonik orkestr konsertlərini deyil, bütün konsert növlərini əhatə edəcək. Qeyd olunub ki, hazırda mexanizmin yalnız simfonik orkestr konsertlərinə şamil edilməsi digər musiqi və konsert tədbirləri üçün bərabər imkanlar yaratmır.
Dəyişikliyin məqsədi mədəniyyət və incəsənət tədbirlərinin inkişafını stimullaşdırmaq, insanların konsertlərə çıxış imkanlarını genişləndirmək, həmçinin vergi güzəştlərinin bütün konsert növlərinə vahid qaydada tətbiqini təmin etməkdir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə

Minatv.az+1 mənbə