Əbu-Dabidəki kütləvi davanın hökmü oxundu


Usman Nurmaqomedovun komandası ilə Merab Dvalişvili və dostunun iştirak etdiyi davadan sonra 6 nəfər həbs cəzasına məhkum edilib.
Offsideplus.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, 6 nəfərə 6 ay həbs cəzası verilib. Onların hər biri 300 min BƏƏ dirhəmi (AED) məbləğində cərimələnib və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) deportasiya edilmələrinə qərar verilib.
Digər 2 nəfər isə ictimai asayişi pozmaq və başqalarına fiziki xəsarət yetirmək ittihamı ilə hərəsi 50 min dirhəm cərimə olunub.
İş üzrə 9-cu və 10-cu təqsirləndirilən şəxslər isə şəxsi həyatın toxunulmazlığını pozmaq, təhqiramiz ifadələr işlətmək və dava görüntülərini lentə alaraq yaymaqda təqsirli biliniblər. Onların da hər birinə 6 ay həbs və 300 min dirhəm cərimə cəzası təyin edilib, həmçinin BƏƏ-dən deportasiya olunmaları barədə qərar çıxarılıb.
Qeyd edək ki, Merab Dvalişvili və dostu Saba sərbəst buraxılıblar.
