Əbu-Dabidə davaya görə həbs olunan Nurməhəmmədov qardaşları Rusiyaya qayıdıblar


BAKI, 19 noyabr. TELEQRAF
Əbu-Dabidə dava ilə əlaqədar həbs edilən MMA döyüşçüləri Usman və Umar Nurməhəmmədov qardaşları azadlığa buraxılaraq Rusiyaya qayıdıblar.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, Nurməhəmmədov qardaşları ilə birlikdə həbs edilən daha altı nəfər də azad olunaraq Rusiyaya dönüb.
Qeyd edək ki, UFC-nin keçmiş çempionu, gürcüstanlı Merab Dvalişvili Usman Nurməhəmmədovu və onun dostlarını özünə hücum etməkdə ittiham etmişdi.
Hadisə ilə əlaqədar ümumilikdə 10 nəfər saxlanılmış, onlardan ikisi sərbəst buraxılmış, səkkiz nəfər isə altı ay müddətinə həbs edilmiş və 300 min dirhəm cərimələnmişdi.
Daha sonra Dvalişvilinin müraciətindən sonra Əbu-Dabi məhkəməsi cəzanı yüngülləşdirərək saxlanılanların hamısını azadlığa buraxıb.
1 mənbə
