DTX rəsmisi: Bakıda keçirilən konfranslar Azərbaycanın kiberdiplomatiya sahəsindəki potensialını nümayiş etdirir
.jpg)
.jpg)
BAKI, 19 noyabr. TELEQRAF
2015-ci ildə BMT-nin Hökumət Ekspertləri Qrupu dövlətlərin kiberməkanda məsuliyyətli davranışına dair 11 könüllü norma üzərində razılığa gəlib.
Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov "Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu dialoq bu il fəaliyyətə başlamış BMT-nin daimi Qlobal Mexanizmi çərçivəsində davam edir:
"Bakıda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfranslar Azərbaycanın bu sahədə töhfə vermək potensialını nümayiş etdirir. Azərbaycan hazırlanmasında yaxından iştirak etdiyi BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya etmiş ilk ölkələrdəndir. Ölkəmiz kibertənzimləmə təşəbbüslərinin müəlliflərindəndir. Hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır.
Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir".
