DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb


İKT
19 noyabr, 2026
10:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın informasiya resurslarına son dövrlərdə kiberhücumlar həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.
Onun sözlərinə görə, kiber və texnoloji imkanlar geosiyasi təzyiq mexanizminə çevrilib:
"Bu hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real təhdidlər yarada biləcəyini göstərir. Ümumiyyətlə, dünya hələ misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır".
DTX rəsmisi qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya əlaqələrində mühüm mövqeyə malikdir:
"Bu infrastrukturların kibertəhlükəsizliyi təkcə ölkəmizin milli maraqlarına deyil, həm də beynəlxalq enerji təchizatına, ticarətə və iqtisadi əlaqələrə təsir göstərə bilər".
Dərc vaxtına görə