Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xaricdə əməliyyat keçirilib


8 mənbə əsasında
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində xaricdə terrorçu qruplaşmaların fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilib. Yunus Abdurahmanov və Abdulla Həsənbəyov adlı şəxslərin xarici ölkələrdə qanunsuz silahlı birləşmələrin işində yer aldığı, həmçinin hərbi təlimlərə qatıldığı müəyyən edilib. Faktlarla bağlı müvafiq cinayət işləri açılıb və həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
DTX-dən XARİCDƏ NÖVBƏTİ ƏMƏLİYYAT: iki nəfər saxlanılaraq ölkəmizə gətirildi - FOTOLAR
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.Mia.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.Bildiriib ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada "İslam Dövləti Xorasan Vilayəti" (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilib, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə gedib, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılıb.Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tam oxu Mia.az saytındaDərc vaxtına görə
Sitat.info+2 mənbə